AZ

Azərbaycanda bank və digər kredit təşkilatlarının kredit portfeli 8,3% artıb

BAKI, 16 dekabr. TELEQRAF

2025-ci il noyabr ayının 1-nə Azərbaycanın bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq, milli valyuta ekvivalentində 31169,4 milyon manat təşkil edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25701,7 milyon manatı və ya 82,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94,3 faizi banklar, 5,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 13,5 faiz artaraq 544,8 milyon manat olmuş və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Seçilən
112
teleqraf.com

1Mənbələr