Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan və idarə olunan rəqəmsal informasiya sistemləri Milli İnternet Mükafatı – “MilliNet2025” çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, dövlət satınalmalarının vahid internet portalı - “Etender.gov.az” müsabiqədə “İlin rəqəmsal hökumət həlli” nominasiyası üzrə qalib seçilib.
“İlin rəqəmsal sosial resursu” nominasiyasında isə “Istehlakchi.gov.az” platforması ikinci yerə layiq görülüb.
Qeyd edək ki, “MilliNet 2025”də 13 nominasiya üzrə ümumilikdə 179 rəqəmsal resurs müsabiqəyə təqdim olunub.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “MilliNet” müsabiqəsi hər il ölkənin ən yaxşı rəqəmsal resurslarının tanıdılması, müvafiq sektorda rəqabətli mühitin formalaşdırılması və rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstəyin göstərilməsi məqsədilə keçirilir.