AZ

ƏDV ilə bağlı qaydaların dəyişməsi bu şəxslərə aid ediləcək AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ƏDV ilə bağlı dəyişiklik çox məhdud sayda sahibkara şamil olunur. Ümumilikdə nə kiçik və orta sahibkarlığa, nə də iri biznes subyektlərinə aidiyyəti var. Dəyişiklik əsasən mikrosahibkarlara aiddir. Buraya məhəllə marketləri, kiçik yeməkxanalar, əhaliyə xidmət göstərən xırda kimyəvi təmizləmələr və camaşırxanalar daxildir. Ölkə üzrə bu dəyişiklik maksimum 300–400 sahibkarı əhatə edir və genişmiqyaslı xarakter daşımır".Bunu Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Vəli Əliyev deyib.O, bildirib ki, bu yanaşma düzgün deyil:"Səbəb isə ondan ibarətdir ki, fərqli fəaliyyət sahələrinə fərqli vergi yanaşması tətbiq olunur. Məsələn, mikrosahibkar kimi tərcümə xidməti göstərən şəxs bütün gəlirini köçürmə yolu ilə, yəni nağdsız şəkildə əldə edir və onun dövriyyəsi tam məbləğlə hesablanır. Digər tərəfdən, məhəllə marketi də mikrosahibkardır, lakin burada gəlirin bir hissəsi nağd, bir hissəsi isə nağdsız formada olur. Bu halda nağdsız dövriyyəyə 0,5 əmsal tətbiq edilir. Yəni 100 manat nağdsız gəlir ƏDV qeydiyyatı üçün 50 manat kimi nəzərə alınır. Nəticədə məhəllə marketi 250 min manat dövriyyədən sonra ƏDV qeydiyyatına düşür, lakin tərcümə xidməti göstərən mikrosahibkar 200 min manatdan sonra bu öhdəliklə üzləşir. Bu isə ədalətli yanaşma hesab edilə bilməz".Ekspert bildirib ki, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, vergi ödəyiciləri arasında siyasi, ideoloji, etnik və ya fəaliyyət növünə görə fərqli yanaşma tətbiq oluna bilməz:"Halbuki mövcud dəyişikliklər məhz fəaliyyət növünə görə fərqləndirmə yaradır. Nəticə etibarilə, bu gün tətbiq olunan dəyişikliklərin əsas hədəfi məhəllə marketləri və oxşar mikrosahibkarlıq subyektləridir. Şəbəkə marketlərə və iri bizneslərə isə heç bir təsiri yoxdur. Üstəlik, bu qaydalardan təsirlənən sahibkarların sayı da 300–400 nəfəri keçmir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
130
demokrat.az

1Mənbələr