AZ

Laçında yük maşını aşdı - FOTO

BAKI, 16 dekabr. TELEQRAF

Laçında şirkətə məxsus yük maşını aşıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Laçın-Şuşa yolunun 10 km-liyində baş verib.

Yüklü olan “DAF” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Baş vermiş hadisə zamanı yolda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Yük maşını ağır tonnajlı kranınköməyi ilə ərazidə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
117
teleqraf.com

1Mənbələr