ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 3 milyard 317 milyon 033.79 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ixracında 226 milyon 414,65 min ABŞ dolları və ya 7,32% artım olub.
Belə ki, ötən ilin eyni dövründə xaricə 3 milyard 90 milyon 619.14 min ABŞ dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Statistikaya əsasən qeyri-neft məhsulllarının ixracında liderliyi 1 milyard 78 milyon 687,47 min ABŞ dolları dəyərində məhsul almaqla Rusiya qoruyub.
Ölkə
İxrac məbləği (min ABŞ dolları)
Rusiya
1 078 687,47
Türkiyə
546 138,92
İsveçrə
315 254,62
Gürcüstan
306 142,29
Ukrayna
190 173,83
Birləşmiş Ərəb Əmirlikləri
105 846,46
Qazaxıstan
86 900,73
Belarus
71 041,84
Özbəkistan
68 494,74
Türkmənistan
56 853,25
Digər ölkələr
491 499,65
16.12.2025
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.