AZ

Almaniyanın Deutsche Welle korporasiyası Rusiyada “arzuolunmaz” təşkilatlar siyahısına salınıb

Deutsche Welle teleradioşirkəti (“Alman dalğası”, daha əvvəl Rusiyada “xarici agent” elan edilmişdi) Rusiya Ədliyyə Nazirliyinin apardığı “arzuolunmaz” təşkilatlar reyestrinə daxil edilib. Bu barədə məlumat nazirliyin rəsmi saytında dərc olunub.

KONKRET.az xəbər verir ki, reyestrdəki qeyddən göründüyü kimi, bu qərar 1 dekabr tarixində Rusiya Baş Prokurorluğu tərəfindən qəbul edilib.

Keçən həftə Dövlət Dumasının xarici müdaxilələrin araşdırılması üzrə komitəsinin Telegram kanalı media şirkətinin “arzuolunmaz” elan edildiyini bildirmişdi, lakin bunu təsdiqləyən sübutlar təqdim etməmişdi.

Deutsche Welle rəhbərliyi Rusiya Baş Prokurorluğunun bu qərarını senzura aktı adlandırıb və rus dilində fəaliyyətini davam etdirəcəyini bəyan edib. Almaniya hökumətinin nümayəndəsi isə bildirib ki, respublika hakimiyyəti Rusiya tərəfinin bu qərarını “ən qəti şəkildə” pisləyir.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
109
1
konkret.az

2Mənbələr