Laçın-Şuşa yolunda hərəkətdə olan yük maşını aşıb.
NOCOMMENT.az xəbər verir ki, sözügedən yolun təxminən onuncu kilometrliyində baş verən hadisə nəticəsində nəqliyyatın hərəkət məhdudiyyəti müşahidə olunub.
Hadisə yerinə cəlb olunan xüsusi texnikanın köməyi ilə yük maşını ərazidən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.