AZ

Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub

Bakı. Trend:

Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvilverilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdmanPaytaxtı elan olunub.

Trend xəbərverir ki, bu münasibətlə dekabrın 16-də dövlət rəsmilərinin vəAvropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES)nümayəndələrinin iştirakı ilə Dünya İdman Paytaxtları xatirəlövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziriFərid Qayıbov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,ACES-nin prezidenti Mr. Gian Francesco Lupattelli, ACES-nin başkatibi Mr. Hugo Alonso Castanon, Monaka knyazlığının sabiq Təhsil,Gənclər və İdman naziri Ms. Isabelle Claude Aline Bonnalın iştirakıilə keçirilib.

Məlumat üçün bildirək ki, ACES Brüsseldə yerləşənqeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdənşəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlartəqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasındaverilir və cəmiyyətin sosial inteqrasiyası, psixo-fiziki rifahı vəhəyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES, həmçininAvropa Komissiyasının Avropa İdman Həftəsinin rəsmi tərəfdaşı vəUNESCO ilə tərəfdaşdır.

Seçilən
136
1
az.trend.az

10Mənbələr