AZ

FİFA nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu

“Mançester Siti”nin və İtaliya millisinin qapıçısı Canluici Donarumma 2025-ci ilin yekunlarına əsasən dünyada ilin ən yaxşı qapıçısı adına layiq görülüb. 

QOL.az xəbər verir ki, o, FIFA The Best mükafatının qalibi olub. Bu barədə klubun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Mükafat uğrunda Donarummadan başqa bir sıra tanınmış qapıçılar da namizəd idi. Onlar arasında Alisson («Liverpul» / Braziliya), Tibo Kurtua («Real» Madrid / Belçika), Emiliano Martines («Aston Villa» / Argentina), Manuel Noyer («Bavariya» / Almaniya), David Raya («Arsenal» / İspaniya), Yan Zommer («İnter» / İsveçrə) və Voyçex Şensnı («Barselona» / Polşa) yer almışdı.

Qeyd edək ki, Donarumma 2025-ci il ərzində klub və milli səviyyədə stabil çıxışı ilə seçilərək bu nüfuzlu mükafata layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
122
1
qol.az

2Mənbələr