AZ

ADSEA sakinlərin çağırışına səs verdi - Problem aradan qaldırıldı

Bir neçə gün öncə yağan aramsız yağışlar nəticəsində paytaxtın bəzi küçərində nəinki sakinlərin, hətta avtomobillərin də hərəkətində problemlər yaranmışdı. Adətən belə hallarda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyini (ADSEA) günahkar bilir. Media da narazılıq reaksiyaları əsasında materiallar yayımlayır. Halbuki, yağış sularının küçələrdə selə çevrilməsinin bir çox hallarda müxtəlif texniki səbəbləri olur.

O da faktdır ki, vətəndaşların müraciətinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən dərhal reakasiya verilir və problemlərin aradan qaldırılması istiqamətində təxirəsalmaz addımlar atılır. Nədənsə bu və ya digər problemi ışıqlandıran media orqanları həmin problemlərin aradan qaldırıldığını göstərən real vəziyyətdən bəhs etmirlər.

Biz ədalət prinsiplərinə söykənərək, yağışlar zamanı problemlər yaşanmış küçələrdən birinin sakinlərinin çağırışına səs verdik və həmin küçədə çəkiliş apardıq. Bu görüntülər yağışlı günləri əks etdirir. Sakinlərin İri Şəhərlərin Su Təchizatı Xidmətinə müraciəti isə küçədəki problemi tamamilə aradan qaldırıb. Bu görüntülərdə elə real vəziyyəti əks etdirir.İlahə QənbərliMissiya.Az

Seçilən
111
missiya.az

1Mənbələr