AZ

Naxçıvanda külli miqdarda narkotik məhv edildi

Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib.

Hafta.az xəbər verir ki, məhv edilmə prosesi muxtar respublikanın ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının sədri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Vüqar Hüseynov, komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Naxçıvan şəhərində yerləşən xüsusi məkanda 2024-2025-ci illərdə müsadirə edilmiş ümumi çəkisi 155 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də 30 minə yaxın güclü təsirə malik tramadol məhv edilib.

Seçilən
22
16
hafta.az

10Mənbələr