AZ

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib

Komandamızın qış hazırlıq planı müəyyənləşib. “Qarabağ”ın 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

 

Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçularımız 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.

 

Komandamız toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, komandamız yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.

II liqada 13-cü tura yekun vurulacaq

Əlimyandıda günah keçisi axtarılır: Samir Abasova oxşamasın

10-cu ukraynalı: “Neftçi”nin 33-cüsü

"Sumqayıt"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib

Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb

Seçilən
182
36
apasport.az

10Mənbələr