AZ

“İrəvanda xal qalmadı” adlı bədii-sənədli kitab hazırlanır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ədəbiyyatı Fondu “Qərbi Azərbaycan əsərlərdə” layihəsinin icrasını davam etdirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib ki, layihə çərçivəsində “İrəvanda xal qalmadı” adlı roman nəşrə hazırlanır. Fondun rəhbəri, yazıçı Varis Yolçuyev qeyd edib ki, roman XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının çar Rusiyası tərəfindən işğalı haqqındadır.

Mühüm tarixi arxiv materiallarından istifadə edilən romanda bu işğalın İrəvan xanlığının timsalında maddi və mənəvi məhrumiyyətlərə səbəb olan nəticələri, xüsusilə Azərbaycanın tarixi torpaqları hesabına çar Rusiyasının erməni dövləti yaratması prosesi yüksək bədii-estetik dildə ifadə edilir. Bu milli faciənin doğurduğu fəlakət bir-birini sevən iki gəncin - Uluxan və Selcanın məşəqqətli həyat hekayəsi fonunda təsvir olunur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Seçilən
15
9
hafta.az

10Mənbələr