AZ

Bu məşhur da milyarderlər sırasına qoşuldu - FOTO

“Hollivud” rejissoru və prodüseri Ceyms Kameron rəsmi olaraq dollar milyarderləri sırasına daxil olub.

Publika.az xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalının yenilənmiş reytinqində yer alıb.

Nəşr “Titanik”, “Yadplanetlilər”, “Terminator” və “Avatar” filmlərinin yaradıcısının sərvətini təxminən 1,1 milyard dollar dəyərində qiymətləndirib.

Qeyd edilir ki, Kameronun filmləri dünya üzrə ümumilikdə təxminən 9 milyard dollar gəlir əldə edib və bu gəlirdən əldə olunan pay onun şəxsi sərvətinin əsasını təşkil edir. Bu göstərici Ceyms Kameronu Corc Lukas, Stiven Spilberq, Piter Cekson və Tayler Perri kimi kino sənayesində milyarder statusuna yüksəlmiş azsaylı şəxslər sırasına daxil edib.

Kameron genişmiqyaslı elmi-fantastik dastanın üçüncü hissəsi olan “Avatar: Od və Kül” filminin təqdimatı ərəfəsində mühüm maliyyə mərhələsinə çatıb. 2009-cu ildə nümayiş olunan ilk “Avatar” filmi dünya üzrə təxminən 2,9 milyard dollar gəlir əldə edərək bütün dövrlərin ən çox gəlir gətirən filmi olaraq qalır. Onun davamı olan “Avatar: Su Yolu” isə təxminən 2,3 milyard dollar gəlirlə üçüncü pillədə qərarlaşıb.

Seçilən
49
publika.az

1Mənbələr