AZ

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?

Bakı, 16 dekabr, AZƏRTAC

Qar yağışı zamanı Bakı–Sumqayıt və Bakı–Quba magistrallarının bağlanmamasının əsas səbəblərindən biri bu istiqamətlərə daha çox xüsusi texnikanın cəlb edilməsidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Onun sözlərinə görə, məsələ təkcə M1, M2 və M3 magistralları ilə məhdudlaşmır.

“Eyni zamanda Bakı–Şamaxı yolunun Ağsu dolaylarından keçən hissəsi, eləcə də Mərəzə və Quba istiqamətləri də bu kateqoriyaya daxildir. Bu yollar relyef baxımından mürəkkəbdir və istismar baxımından daha çətin hesab olunur. Məhz buna görə də qış aylarında həmin ərazilərdə problemlər daha tez-tez yaranır və bu amil mütləq nəzərə alınmalıdır. Magistralların bağlanmaması üçün əsas diqqət yol texnikalarının sayının artırılmasına yönəldilməlidir. Qar təmizləyən və digər texnikalar xüsusilə riskli sahələrdə əvvəlcədən yerləşdirilməli və fasiləsiz işləməlidir. Eyni zamanda, bu texnikaların operativ şəkildə bir ərazidən digərinə yönləndirilməsi üçün çevik idarəetmə mexanizmi qurulmalıdır”, - deyə Aslan Əsədov vurğulayıb.

Seçilən
97
1
azertag.az

2Mənbələr