Bakı. Trend:
Fransanın Trevu şəhərində yaşayış binasında baş verən partlayışnəticəsində iki nəfər həlak olub, azı 13 nəfər yaralanıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Qurbanlar üç və beş yaşlarında olan uşaqlardır. İlkin versiyayagörə, partlayış dördmərtəbəli binanın birinci mərtəbəsində qazsızmasından baş verib. Binanın çökmüş hissəsinin dağıntılarıaltında azı 2 nəfərin qaldığı güman edilir.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, partlayışdansonra zərərçəkənlərə yardım məqsədilə hadisə yerinə 50yanğınsöndürən, 36 nəqliyyat vasitəsi və tibbi personal səfərbəredilib.
Məlumata əsasən, yaxınlıqda yerləşən iki məktəbə də partlayışdalğasından maddi ziyan dəyib, pəncərələr sınıb, lakin məktəbrəhbərliyi heç kimin xəsarət almadığını təsdiqləyib.