BAKI, 16 dekabr. TELEQRAF
Almaniya milli komandasının yarımmüdafiəçisi Camal Musiala “Bayern”in məşqlərinə qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. “Bayern” növbəti oyununu dekabrın 21-də Bundesliqanın XV turu çərçivəsində səfərdə “Haydenhaym”a qarşı keçirəcək.
Xatırladaq ki, iyulun 5-də “Bavariya” Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ-yə 0:2 hesabı ilə məğlub olub. İlk hissənin sonlarında Musiala Paris təmsilçisinin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ağır zədə almışdı. Nəticədə 22 yaşlı yarımmüdafiəçidə baldır sümüyünün sınığı aşkarlanmışdı.