2-ci Liqa 13-cü turunda çempionatın şərikli liderlərindən biri olan "Qaradağ Lökbatan"la səfər matçına çıxmaqdan imtina edən "Şəki Siti"yə texniki məğlubiyyət verildi. "Xankəndi" ilə çempionluq uğrunda mücadilə edən Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb rəqibin imtinasına münasibət öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şəki Siti"nin oyuna çıxmaması bizim üçün 10 faiz yaxşı oldusa, 90 faiz pis oldu. Rəqibin indiki vəziyyəti elədir ki, onlara çox qol vura, top fərqimizi yaxşılaşdıra bilərdik. Matçın baş tutmasını istəyirdik. Rəqibin əvvəlki heyəti olsaydı, texniki məğlubiyyət sayəsində 3 xal qazandığımıza sevinə bilərdik. Yəni reallığı nəzərə alsaq, onların oyuna çıxmaması bizi qane etmədi. Digər tərəfdən, bu tur matç keçirmədiyimiz üçün komandanın oyun ritmi də bir qədər pozulmuş sayılır. Amma biz əksər İkinci Liqa komandalarından fərqli olaraq, hər gün məşq edirik. Düşünürəm ki, komandanı formada saxlaya biləcəyik. Bu yöndə ciddi problem olmayacaq".
Nihat