AZ

Premyer Lia nəhənginin istədiyi müdafiəçi

“Mançester Siti”nin qış transfer pəncərəsi üçün əsas hədəfi müəyyənləşib.

Msport.az xəbər verir ki, Premyer Liqa nəhəngi müdafiə xəttini gücləndirməyi planlaşdırır.

“Mançester Siti” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qexini transfer etmək qərarına gəlib. 25 yaşlı müdafiəçi özü klubu ilə 30 iyun 2026-cı ilə qədər qüvvədə olan müqaviləsini uzatmaq istəmir və komanda dəyişməyə müsbət yanaşır. “Mançester Siti” isə futbolçunun inkişafını artıq uzun müddətdir izləyir.

Qeyd edilib ki, klub yaxın dövrdə müdafiədə ciddi yenilənməyə hazırlaşır və bu baxımdan Gexi uzunmüddətli perspektiv üçün uyğun variant hesab olunur.

“Kristal Pelas” futbolçunu azad agent kimi buraxmaq istəmir. London təmsilçisinin onu bu qış “Mançester Siti”yə satacağı gözlənilir.

Seçilən
127
msport.az

1Mənbələr