AZ

Dünyanın ən zəngin 10 milyarderi - SİYAHI

Dünyanın ən zəngin iş adamı 638 milyard dollar sərvətlə “Tesla” şirkətinin sahibi İlon Mask olub.

"Cebheinfo.az" xəbər verir ki, dünyanın ən zəngin 10 iş adamının ümumi sərvəti isə 2,5 trilyon dolları ötüb.

"Bloomberg" Milyarderlər İndeksinin məlumatına əsasən, 16 dekabr tarixinə dünyanın ən zəngin 10 iş adamının toplam sərvəti 2 trilyon 536 milyard dollara yüksəlib.İlin əvvəlindən bu yana isə bu 10 nəfərin sərvəti ümumilikdə 558,9 milyard dollar artıb.

Ən zəngin 10 iş adamından 9-u ABŞ, 1-i isə Fransa mənşəlidir. Siyahıdakı 10 nəfərdən 8-i texnologiya sektorunda fəaliyyət göstərir.

Zirvədə qərarlaşan İlon Mask, ilin əvvəlindən bu yana sərvətini 205 milyard dollar artıraraq 638 milyard dollara çatdırıb və “dünyanın ən zəngin insanı” titulunu qoruyub. Mask eyni zamanda siyahıda sərvətini ən çox artıran şəxs kimi qeydə alınıb.

Maskı 265 milyard dollarlıq sərvətlə “Google”-un qurucu ortaqlarından Larri Peyc izləyib. Peyc ilin əvvəlindən sərvətini 96,8 milyard dollar artırıb.

Siyahının üçüncü pilləsində 247 milyard dollarla “Google”-un qurucularından Sergey Brin yer alıb. Brinin sərvəti bu il 88,2 milyard dollar artıb.

Dördüncü yerdə 246 milyard dollarlıq sərvəti ilə Amazon-un sahibi Ceff Bezos qərarlaşıb. Bezos ilin əvvəlindən bu yana sərvətini 7 milyard dollar artırıb.

Ballmeri 153 milyard dollarlıq sərvəti ilə dünyanın ən dəyərli şirkətlərindən biri olan Nvidianın baş direktoru Censen Huanq izləyib. Huanq ilin əvvəlindən bu yana sərvətinə 39 milyard dollar əlavə edib.

Nvidia son günlər texnologiya və yarımkeçirici sektorundakı “yüksək qiymətləndirmə” narahatlıqları səbəbilə bazar dəyərinin bir hissəsini itirsə də, 16 dekabr tarixinə 4 trilyon 292 milyard dollarlıq bazar dəyəri ilə dünyanın ən dəyərli şirkəti mövqeyini qoruyub.

Siyahının 10-cu sırasında isə dünyanın ən tanınmış investorlarından biri olan Uorren Baffet yer alır. Baffet 16 dekabr etibarilə 152 milyard dollarlıq sərvəti ilə mövqeyini qoruyub və ilin əvvəlindən bu yana sərvətinə 10,2 milyard dollar əlavə edib.

Seçilən
124
cebheinfo.az

1Mənbələr