Ukraynada hər gün ölkə miqyasında sükut dəqiqəsi elan ediləcək.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ali Rada qanun layihəsini qəbul edib.
“Hər gün saat 9:00-da bir dəqiqəlik sükut elan ediləcək. Bu müddət ərzində ictimai nəqliyyat dayandırılacaq”, – deyə bildirilib.
Hakimiyyət orqanları və yerli hökumətlər bir dəqiqəlik sükut barədə media və ictimai müraciət sistemləri vasitəsilə məlumat verməlidirlər.
Ukraynada əvvəllər metro qatarlarının hər gün səhər saat 9:00-da bir dəqiqəlik sükutla dayandırılmasını təklif edən bir petisiya hazırlanmışdı. Müəllif hərbi münaqişədən zərər çəkənlərin xatirəsinə stansiyalarda və qatar vaqonlarında elanların verilməsini və milli ənənəni qorumağı tələb edirdi.