AZ

Donnarumma ilin ən yaxşı qapıçısı seçildi

BAKI, 16 dekabr. TELEQRAF

“Mançester Siti”nin və İtaliya milli komandasının qapıçısı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.

Teleqraf xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.

26 yaşlı qolkiper 2024/25 mövsümünün ikinci hissəsini PSJ-də keçirib. O, Paris təmsilçisi ilə Fransa çempionatı, Fransa Kuboku, Fransa Superkuboku və Çempionlar Liqasının qalibi olub.

The Best mükafatının “İlin ən yaxşı qapıçısı” nominasiyasında Donnarummadan başqa Alisson (“Liverpul”), Tibo Kurtua (“Real Madrid”), Emiliano Martines (“Aston Villa”), Manuel Noyer (“Bavariya”), David Rayan (“Arsenal”), Yan Zommer (“İnter”) və Voytsex Şensnı (“Barselona”) da namizədlər arasında yer alıblar.

Seçilən
121
2
teleqraf.com

3Mənbələr