AZ

Azərbaycan və Ermənistan barışa heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Azərbaycan və Ermənistan barış müqaviləsi imzalamağa heç vaxt olmadığı qədər yaxındır.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri İstanbulda keçirilən 16-cı Böyükelçilər Konfransında bildirib.

"Uzun illər barışa həsrət qalan Cənubi Qafqaz indi tarixi bir dövrdən keçir" - deyə Ərdoğan qeyd edib.

Ərdoğan əlavə edib ki, bu proses çərçivəsində Türkiyə də Ermənistanla normallaşma prosesini irəlilətmək üçün Azərbaycanla dialoq aparır və gələn ilin əvvəlindən bəzi simvolik addımlar atılması planlaşdırılır.

Seçilən
86
48
turkic.world

10Mənbələr