AZ

Premyer Liqada 5 qol və 3 assistin müəllifi: “Bura gözlədiyimdən çox yaxşıdır”

“Sabah” növbəti qələbəsini “Turan Tovuz” üzərində qazandı.

Cari mövsümdə kifayət qədər xoş təsir bağışlayan “tələbələr” qərb səfərində 3:1 hesablı qələbəyə sevindi.

“Sivasspor”dan icarəyə götürülən Velko Simiç isə növbəti dəfə fərqlənməklə “Sabah”dakı qolların sayını 5-ə, məhsuldar ötürmə sayını isə 3-ə yüksəltdi.

Serbiyalı yarımmüdafiəçi Sportinfo.az-a verdiyi müsahibə sualları cavablandırıb.

-“Neftçi”nin ardınca “Turan Tovuz”un məğlub edilməsi komandada müsbət ab-hava yaradıb. “Sabah”ı kim saxlayacaq?

- (gülür) Həqiqətən möhtəşəm atmosferə sahibik. Qələbələri sıralamaqla uğurlu qrafik əldə etmişik. Lakin bu, heç bir halda bizi arxayınlaşdıra bilməz. Qələbələrin davamını gətirmək üçün əlimizdən gələni edəcəyik.

- Sizdə nə var idi ki, “Turan Tovuz”da çatmadı?

- Həm çətin oyun, həm də ağır qazon idi. Hara və nə üçün gəldiyimizin fərqindəydik. Lakin məqsədimiz dəyişmirdi - qalib gəlmək. Bu gün təkcə səviyyə və keyfiyyət yox, həm də xarakter öz sözünü deməliydi. Fikrimcə, biz bunu yaxşı bacardıq.

- Rəqib meydanında, bu cür azarkeşlərin qarşısında, ağır qazonda rəqib qapısından 3 top keçirəcəyinizi ağlından keçirə bilərdin?

- Məhsuldarlıq baxımından problemimiz yoxdur. Bu göstəricidə öncüllərdənik. Ona görə də 3 qola təəccüblənmədim. Yeri gəlmişkən, “Turan Tovuz” çox yaxşı müdafiə olunur, arxa xətt oyunçuları fiziki cəhətdən hazırlıqlıdır. Belə komandaya 3 qol vurmaq heç də asan deyil. Bu fakt bizə əlavə sevinc bəxş edir.

- Vurduğun 1 qol və verdiyin məhsuldar ötürmə ilə matça imzanı atdın. Meydanda özünü sanki uzun illərdir “Sabah”ın formasını geyinirmişkən kimi rahat hiss etdiyini görürük. Uyğunlaşmağa vaxt itirməməyin arxasında nə dayanır?

- Xüsusi olaraq nəsə etdiyimi deyə bilmərəm. Bu, komandadakı atmosferin nəticəsidir. Gəldiyim gündən hər kəs məni xoş qarşıladı, özümə qarşı dəstək və inam gördüm. Və ən əsası, “Sabah”ın sərgilədiyi futbol stili tam ürəyimcədir.

HƏBİB

Seçilən
127
sportinfo.az

1Mənbələr