Azərbaycan II Liqasında XIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 oyun keçirilib.
Lider “Xankəndi” “Ağstafa Gəncləri”ni böyük hesabla məğlub edərək zirvədəki mövqeyini möhkəmləndirib.
Bölgədə baş tutan matçlara gəlincə, "Şirvan" səfərdə "Göygöl"ə, "Dinamo" isə "Ağdaş"a minimal fərqlə qalib gəliblər.
Qeyd edək ki, tur çərçivəsində ötən gün "Kür-Araz" səfərdə "Araz Saatlı"nı 4:1, "Quba" isə "Şəmkir"i 1:0 hesabı ilə yenib. "Qaradağ Lökbatan" - "Şəki Siti" qarşılaşması isə qonaqların oyuna gəlməməsi səbəbindən baş tutmayıb.
Azərbaycan II Liqası
XIII tur
16 dekabr
“Xankəndi” – “Ağstafa Gəncləri” 6:1
Qollar: T.Qurbatov, 1; 42. E.Rəhimov, 17. E.Quliyev, 40; 58. B.Teymurov, 70 - İ.Hüseynov, 21.
“Göygöl” – “Şirvan” 0:1
Qoll: C.Əliyev, 51.
“Ağdaş” – “Dinamo” 1:2
Qoll: V.Nəsirov, 56 - R.Mustafayev, 50. Y.Qarayev, 68.
