AZ

Donald Tramp BBC-ni MƏHKƏMƏYƏ VERDİ

Ajans.az xəbər verir ki,bu barədə Reuters agentliyi məlumat yayıb. Məhkəmə iddiasında Tramp 6 yanvar 2021-ci il tarixli çıxışının bəzi hissələrinin redaktə olunaraq təhrif edildiyini bildirir və 5 milyard dollar təzminat tələb edir. Söhbət həmin çıxışdan gedir ki, tərəfdarlarını Kapitoliyə basqın etməyə təşviq etdiyi təəssüratını yaradırdı. Tramp öz çıxışında jurnalistlərə açıqlamasında bildirib:
“Bir az sonra görəcəksiniz, mən BBC-ni demədiyim sözləri ağzıma qoyduğu üçün məhkəməyə verirəm. Sözün əsl mənasında, onlar ağzıma sözlər qoyublar; mən heç vaxt demədiyim şeyləri dedim. Düşünürəm ki, onlar süni intellektdən və ya buna bənzər bir texnologiyadan istifadə ediblər”.

Hazırda iddia məhkəmə baxışı mərhələsindədir və tərəflər arasında davam edən hüquqi proses diqqətlə izlənilir.

Seçilən
110
Ajans.az

1Mənbələr