ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Nigeriyanın Edo ştatında sərnişin avtobusuna silahlı basqın edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 18 nəfər qaçırılıb.
Edo ştatının polis sözçüsü Eno İkoedem bildirib ki, naməlum silahlı şəxslər sərnişin avtobusuna Benin-Akure magistral yolunda basqın ediblər. Onun sözlərinə görə, qaçırılanların əksəriyyəti qadınlardır.
İkoedem əlavə edib ki, təhlükəsizlik qüvvələri əraziyə göndərilib və qaçırılan şəxslərin tapılması üçün axtarışlar başlayıb.
Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror təşkilatlarının hücumları ilə üzləşir.
İbrahim Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.