“Qarabağ” qış transfer dönəmində yeni futbolçu ilə güclənmək istəyir.
İdmanxeber.az-a verilən məlumata görə, Qurban Qurbanov heyətdəki qapıçılardan narazıdır. Fabian Buntiç və Şahruddin Məhəmmədəliyevin çıxışı təcrübəli mütəxəssisi razı salmır.
Bu səbəbdən də qışda heyətə yeni qolkiper cəlb edilə bilər. Qurbanov gətirilən qapıçının Mateus Koxalskiyə layiqli əvəzedici olmasını istəyib.
Polşalı oyunçunun yayda mümkün gedişini nəzərə alan rəhbərlik bu səviyyədə oyunçu axtarışındadır.