AZ

Türkiyədə mərc reklamları qadağan edilir

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığıxəbərəəsasən, ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, habelə Ailə və Sosial Xidmətlər Nazirliyi məsələyə dair birgə təhqiqat aparır. Təhqiqatın nəticəsində mərc reklamları istiqamətində hüquqi tənzimləmə irəli sürüləcək.

Bildirilib ki, qanunsuz mərc qalmaqalı ilə yanaşı son illər ölkədə yetkinlik yaşına çatmayanlar arasında mərc oyunları kütləvi hal almağa başlayıb. Bu vəziyyət cəmiyyətdə ciddi narahatlıq doğurur.
Futbolu topla yox,pulla oynayanlar

Nazirliklər tərəfindən hazırlanan qanun təklifi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə ötürüləcək. Qanun parlamentdə səsvermədən keçəcəyi təqdirdə mərc reklamları yasaqlanacaq, eyni zamanda, 18 yaşadək yeniyetmələrin mərc oyunlarında iştirakı məhdudlaşdırılacaq.

Məlumat üçün diqqətə çatdıraq ki, Türkiyədə spirtli içki və siqaret məhsullarının da reklamı qadağandır.

Firudin Həmidli
AzVision.az
Seçilən
99
1
azvision.az

2Mənbələr