Böyük Britaniyanın BBC korporasiyası ABŞ Prezidenti Donald Trampın iddiasına qarşı məhkəmədə öz mövqeyini müdafiə etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə korporasiya açıqlama yayıb.
"Əvvəlcədən də bəyan etdiyimiz kimi, biz bu iş üzrə özümüzü müdafiə edəcəyik. Məhkəmə prosesi davam etdiyi üçün əlavə şərhlər verilməyəcək",- açıqlamada qeyd edilib.
Xatırladaq ki, dekabrın 15-də Donald Tramp ABŞ-nin Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsinə müraciət edərək BBC-dən ən azı 10 milyard dollar təzminat tələb edib.
Ərizədə bildirilib ki, BBC korporasiyası 2021-ci il yanvarın 6-da Trampın çıxışını süni intellekt və digər texnologiyalardan istifadə etməklə bilərəkdən təhrif edib və bu hərəkətlər pis niyyətlə həyata keçirilib.
Donald Tramp isə iddia edib ki, bu hərəkətlərin nəticələri hələ də ona zərər vurmağa davam edir.