AZ

Deputatdan XƏBƏRDARLIQ: Artım templərini qaldırmasaq...

Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışı zamanı bir sıra vacib məsələlərə diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, o, qeyri neft sektorunun problemlərindən və perspektivlərdən bəhs edib:
“2026-cı ilin büdcə zərfinin müzakirələri göstərdi ki,gələn il və orta perspektivdə ölkəmizdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft sektoru olacaq. Bu əsasda 2024-cü ildə ÜDM-nin həcminin 68 faizini qeyri-neft sektoru təşkil edirdisə, 2029-cu ildə isə 80 faizi ötəcəyi gözlənilir.
Qeyri-neft sektoru üzrə qoyulan hədəfə nail olunması xeyli dərəcədə üç sahənin-aqrar sahə,emal sənayesi və turizm sahəsində mövcud potensialdan optimal əlaqələndirilmiş şəkildə istifadənin səmərəlilik dərəcəsindən asılı olacaq. İnkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin başlıca şərtidir. Bu sahədə istehsalın sürətlə artılması ərzaq təhlükəsizliyi strategiyasının əsasını təşkil edir. Son on ilin statistikasına baxdıqda görürk ki, 2016-2023-cü illərdə aqrar sahənin orta illik arım tempi 3,6 faiz olmaqla, həmin dövrdə ümumi daxili məhsulun orta illik artım tempindən yüksək olub. Ötən ildən başlayarqaq artıq ikinci ildir ki, aqrar sahədə artım tempi ÜDM-in artım tempindən aşağı enib və bu ilin 11 aynında cəmi 1,1 faiz təşkil edib. Təsadüf təkrar olunmur, əgər olunursa, o artıq təsadüf xarakteri daşımır. Aqrar sahədə artım tempinin iki il ardıcıl olaraq minimuma enməsi çox ciddi siqnaldır”.
Ə.Məsimli daha sonra bildirib ki, kənd təsərrüfatı ölkəmizdə ən böyük işçi qüvvəsinə malik sahədir:
“Kənd təsərrüfatında 1,8 milyon nəfərə yaxın və ya ölkə üzrə məşğul əhalinin 35 faizindın çoxu çalışır. Aqrar sahənin ÜDM-dəki payı cəmi 6 faiz ətrafındadır. Belə ki, keçən il kənd təsərrüfatında adambaşına 1271 manatlıq,aylıq hesabla isə adambaşına 106 manatlıq məhsul istehsal olunub. Bunlar aqrar sahədə əmək məhsuldarlığının çox aşağı olduğunu göstərir. Kənd təsərrüfatında əmək məhsuldarlığını və səmərəliliyi yüksəltməsək və bu sahənin artım templərini ÜDM-in artım templərindən yüksəyə qaldırmasaq, bu strateji sahə qeyri-neft sektorunun böyümə sürətinin artmasında öz potensialına layiq səviyyədə iştirak edə bilməyəcək”.
Deputat qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində çox böyük potensial var:
“Onu dolğun şəkildə hərəkətə gətirməkdən ötrü həmin sahədəki iqtisadi, mülkiyyət, maliyyə, kredit, innovasiyalar, ekoloji, iqlim dəyişiklikləri, toxumun keyfiyyəti, eləcə də məhsulun yalnız istehsalı sahəsində deyil, eyni zamanda, onun bazara çıxarılması və satışında da olan problem və əngəllərin aradan qaldırılması, emal müəssisələri ilə əlaqələrin optimallaşdırılması məhsulların saxlanması, və sair bu kimi məsələlərlə ilə bağlı problemlərin həllinin sürətləndirilməsi çox vacibdir. Kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan dolğun və səmərəli istifadə edilməsi ölkədə yerli istehsala əsaslanan ərzaq bolluğunun yaradılması, bu sahədə çalışan 1,8 milyon nəfərə yaxın insanın və ya məşğul əhalinin 35 faizindən çoxunun həyat səviyyəsinin yaxşılaşdrılmsı, emal sənayesinin xammal bazasının möhkəmləndirilməsi, ərzaq təhlükəsiziliyimizin təminatlılığının yüksəldilməsi, insanların iş dalınca regionlardan Bakıya gəlişinin sürətinin xeyli azaldılması və sair bu kimi məsələlərin həllinə çox müsbət təsir göstərə bilər”.
Deputat bildirib ki, emal sənayesinin genişləndirilməsi tələbatımızn yerli istehsal hesabına ödənilməsinin dairəsinin genişləndirilməsində,regionlarda məşğulluğun, xüsusən də qadınların məşğullunun genişlənməsində mühüm rol oynaya bilər:
“Turizmin potensialımıza layiq səviyyədə inkişafı da həm yeni iş yerlərinin açlımasında,həm də ölkəyə valyuta axının güclənməsində mühüm rol oynaya bilər. Təkcə onu qeyd etmək kifayətdir ki,turizm sahəsində açılan hər yeni iş yeri multiplikativ effekt verəyək olunla bağlı sahələrdə 3-4 və daha çox iş yerinin açılmasına təkan verir. Milli Məclisdə təşkil edilən aktual mövzulu ictimai müzakirələrin müzakirəyə çıxarılan məsələyə real təsirindən çıxış edərək, demək olar ki, gələn il kənd təsərrüfatı, emal sənayesi və turizm sahəsində mövcud vəziyyət,problem və perspektivlərə həsr olunmuş silsilə ictimai müzakirələrin təşkili bu sahədəki problemlərin həllinin sürətlənməsinə real töhfə verə bilər”.
Seçilən
140
yenilik.az

1Mənbələr