Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq.
Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood” MMC seçilib.
"Embawood” şirkəti Azərbaycanın mebel sənayesində aparıcı şirkətlərdən hesab edilir. 1996-cı ildən fəaliyyət göstərən şirkət 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3250 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur.
"Embawood” şirkətinin təsisçisi isə deputat Məşhur Məmmədovdur. O, 2011-ci ilə kimi şirkətin baş direktoru vəzifəsində çsalışıb. 2011-2013-cü illərdə isə "Embawood Gürcüstan” şirkətinin baş direktoru olub. Məşhur Məmmədov 2013-2015-ci illərdə "Embawood” MMC-nin təsisçisi kimi qalmaqla şirkətin direktor müavini vəzifəsində işləyib.
Məşhur Məmmədov 2020-ci ildən deputatdır.
Seyid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.