Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidməti üç avtomobil alır.
Hakimiyyet.az -ın əldə etdiyi məlumata görə, minik maşınları Neftqayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi üçün sifariş ediləcək.
Belə ki, nazirliyin qurumu 3 ədəd nəqliyyat vasitəsinə görə təxminən 192 min manat ayırıb.
Dövlət Xidməti razılaşacağı şirkətlə müqavilə bağlayacaq.
Müasir tələblərə uyğun şəkil sifariş veriləcək minik maşınları sedan növündən olmalıdır.
Hakimiyyet.az