AZ

Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib

Naxçıvan Muxtar Respublikasında Daxili İşlər Nazirliyinin əməkdaşları son 1 ay ərzində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquqazidd əməllərin ifşası məqsədilə muxtar respublikanın şəhər və rayonlarında tədbirlər həyata keçiriblər.

XəzərNews.azxəbər verir ki, məlumatı DİN yayıb.

Hesabat dövründə ümumilikdə 85 nəfər məsuliyyətə cəlb edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi və becərilməsi ilə məşğul olan 9 nəfər saxlanılıb, külli miqdarda narkotik və psixotrop maddə götürülüb, narkotiklərin şəxsi istehlakı ilə bağlı 34 nəfər barəsində tədbir görülüb.

Oğurluq və talama cinayətləri törədən 18 nəfər saxlanılıb, işə düzəltmək vədi ilə dələduzluq edən 3 nəfər tutulub.

Narkotik təsiri altında avtomobil idarə edən və avtomobil qaçıran 2 nəfər saxlanılıb, 11 qanunsuz ağackəsmə faktı aşkarlanıb.

Həmçinin qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb: 10 odlu silah, 2 qaz tapançası, 578 patron, 1 əl qumbarası, 1 top mərmisi və digər sursatlar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif maddələrlə axtarışda olan 158 nəfər saxlanılıb.

Xəbər 2 dəfə oxunub.
Seçilən
93
xezernews.az

1Mənbələr