AZ

Tehranla İrəvan arasında Zəngəzur dəhlizi qalmaqalı: Rubinyan etiraz etdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin TRIPP layihəsi ilə bağlı fikirlərinə etiraz edib. 

Globalinfo.az xəbər verir ki, Vilayətinin, “TRIPP-lə Zəngəzur dəhlizi arasında heç bir fərq yoxdur, İran buna qəti şəkildə qarşı çıxır”, – sözləri İrəvanda birmənalı qarşılanmayıb.

Rubinyan TRIPP-in Zəngəzur dəhlizi olmadığını söyləyib:

“TRIPP Ermənistan Respublikasının tam suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində bərabərlik prinsipləri əsasında fəaliyyət göstərəcək biznes layihəsidir. Biz iranlı tərəfdaşlarımızla daim əlaqə saxlayırıq. Bu məsələdə onların həssaslıqları və narahatlıqları nəzərə alınır.  Məsələ ilə bağlı dəfələrlə özlərinə də məlumat vermişik. Onların qırmızı xətlərinə də diqqət edilir və bu istiqamətdə imkan yaradılır. İran və Ermənistanın maraqları bir çox məsələlərdə üst-üstə düşür”. 

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
globalinfo.az

1Mənbələr