Türkiyədə çörəyin içərisindən ülgüc çıxıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Nevşehirdə qeydə alınıb. Belə ki, vətəndaş Məhəmməd Boyacı səhər yeməyi üçün çörək sexindən aldığı çörəyin içində ülgüc aşkarlayıb.
Baş vermiş hadisə ilə əlaqədar Məhəmməd Boyacı çorək istehsal edən müəssisəyə qarşı şikayət ərizəsi verib. Məsələ ilə əlaqədar Neşehir bələdiyyəsi, eləcə də valilik araşdırmalara başlayılb.
Qeyd edək ki, bundan əvvəl isə Türkiyənin bir başqa vilayıtində çörəyin içərisindən tikinti materialı olan bolt çıxmışdı.
Cavid