AZ

"Susuz işləyən sistemlər ciddi fəsadlara yol aça bilər" - Kombi mütəxəssisi

"Kombi sistemlərində yaranan texniki nasazlıqlar ciddi təhlükələrə səbəb ola bilər. Mütəxəssislərin bildirdiyinə görə, kombilərin daxilində təzyiq və axın sensorları mövcuddur və bu sensorlar sistemdə suyun olub-olmamasını nəzarətdə saxlayır. Lakin palçıqlı və çirkli su bu sensorların düzgün işləməsinə mane olur".

Bu fikirləri kombi sisteminin təhlükəsizliyi haqqında Redaktor.az-a danışan ServiQC texniki xidmətin baş texniki mütəxəssisi Qərib Quliyev bildirdi.

Onun sözlərinə görə, çirkli su sensorların tutulmasına və ya yanlış məlumat ötürməsinə səbəb ola bilər:

"Nəticədə kombi sistemində faktiki olaraq su olmadığı halda, cihaz bunu “sistem doludur” kimi qəbul edir. Bu isə son dərəcə təhlükəli vəziyyət yaradır. Belə hallarda isitmə qazanı (esenjor) susuz qalır, metal hissələr normadan artıq qızır, izolyasiya əriyir, elektron komponentlər zədələnir və nəticədə yanğın riski yaranır. Kombinin susuz vəziyyətdə işləməyə davam etməsi ən ağır texniki nasazlıqlardan biri hesab olunur. Bu cür hadisələr bir daha göstərir ki, uzun müddət su kəsintisindən sonra kombi dərhal işə salınmamalıdır. Belə hallarda sistem mütləq şəkildə yuyulmalı, sensorlar yoxlanmalı və texniki baxış keçirilməlidir. Söhbət təkcə cihazın sıradan çıxmasından getmir. Bu cür nasazlıqlar insan həyatı üçün real təhlükə yaradır. Bu risklərin qarşısını almağın yeganə yolu vaxtında və peşəkar texniki xidmətin göstərilməsidir".

Nuriyyə NATİQQIZI

Seçilən
128
1
redaktor.az

2Mənbələr