BAKI, 16 dekabr. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-nin Ankaradakı səfiri və Prezident Donald Trampın Suriyaya dair xüsusi nümayəndəsi Tomas Barakı qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Türkiyənin paytaxtı Ankara şəhərində baş tutub.
Xatırladaq ki, Tomas Barak dünən Qüdsdə İsrail Baş naziri Benyamin Netyanyahu ilə görüşmüşdü.