Bakı. Trend:
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlardadəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadisiyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasətkomitələrinin birgə iclasında müzakirə olunan Vergi Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsalolunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarınavə onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlikistifadə üçün elektron siqaret, qəlyan və onlarınəvəzedicilərinə və elektron siqaretlər üçün mayeyəaşağıdakı aksiz dərəcələri tətbiq edilir:
- birdəfəlik istifadə üçün elektron siqaret,qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2manat;
- elektron siqaretlər üçün mayenin hər litrinə100 manat.
Qanun layihəsində birdəfəlik istifadə üçün elektronsiqaret və elektron siqaretlər üçün maye ilə bağlımüddəların qanunvericilikdən çıxarılması təklif edilir.