ain.az, 525.az saytına istinadən bildirir.
Bu gün Moskva vilayətində bıçaqla silahlanmış yeniyetmə məktəbə hücum edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsində baş verib.
Adı açıqlanmayan 15 yaşlı oğlan 3 nəfərə - mühafizəçi və 2 şagirdə bıçaqla xəsarət yetirib. 4-cü sinif şagirdi aldığı xəsarətlərdən yerində keçinib.
Maraqlıdır ki, qatil şagirdin meyitinin yanında selfi edib.
Qeyd edək ki, Bakı vaxtı ilə 11.30-dü hüquq-mühafizə orqanları cinayətkarı zərərsizləşdiriblər.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.