Bakı. Trend:
AHİK-in vəsaitləri əsasən sosial müdafiə proqramlarına,təşkilatların fəaliyyətinin yaxşılaşdırılmasına və həmkarlarittifaqlarının ölkə miqyasında sosial tərəfdaşlıq rolununartırılmasına yönəlib.
Trend xəbərverir ki, bunu AHİK-nın Təftiş Komissiyasının sədri Tural Qasımovbu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının (AHİK) VIII Qurultayında hesabat məruzəsi iləçıxışında bildirib.
Onun sözlərinə görə, büdcə gəlirlərinin 82%-i əsasən üzvlükhaqlarından ayrılan hissələr hesabına, qalan 18%-i Dövlət SosialMüdafiə Fondundan maliyyələşən işçilərin sığortalanması üçün daxilolmuş maliyyə vəsait hesabına formalaşıb:
"Daxil olan gəlirlər əsasən əmək hüquqlarının qorunması, sosiallayihələrin genişləndirilməsi, üzvlərin sağlamlıq və istirahətinintəşkili, gənclər və gender məsələləri ilə bağlı işinyaxşılaşdırılması istiqamətində istifadə edilib. Hesabat dövründəhəmkarlar ittifaqlarına 739,480 ərizə və şikayət daxil olub, bütünərizə, şikayət və müraciətlərə baxılıb, onların 96%-dən 10.5%-imüsbət nəticələnib. Hesabat dövründə 600,000 nəfərə yaxın həmkarlarittifaqı üzvünün və onların ailə üzvlərinin müalicə və istirahətitəmin edilib, son məlumatlara görə yollarışların verilməsindəşəffaflığın təmin edilməsi, üzvlərin yollarışlara əlçatanlığınınartırılması məqsədilə e-AHİK sanatoriya-kurort elektron rezervasiyasistemi istifadəyə verilib".