AZ

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim olunub - Yenilənib 

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köçən sakinlərə evlərinin açarları təqdim edilib...

APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, XocalıAğdərə rayonlarında xüsusi nümayəndəsinin əməkdaşları, Qaçqınlar məcburi köçkünlərin işləri üzrə Dövlət xidmətinin və ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibəti ilə təbrik edib, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonra Təzəbinə və Seyidbəyli sakinlərinə evlərin açarları təqdim olunub.

***

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülüb.

***

Xocavəndin Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

APA xəbər verir ki, bu mərhələdə Xocavəndin Sos kəndinə 21 ailə, 94 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Poliqon.info

Seçilən
41
3
poliqon.info

10Mənbələr