AZ

Rubinyan: TRIPP-də Rusiyaya yer yoxdur

Rusiyanın TRIPP layihəsində iştirakı müzakirə mövzusu deyil.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.

O, Moskvanın İrəvanla TRIPP layihəsində Rusiyanın iştirakını müzakirə etməyə hazır olması ilə bağlı Rusiya XİN-in bəyanatını şərh edib: 

"Sevinirik ki, onlar bizimlə bunu müzakirə etməyə hazırdırlar. Əgər 160 dəfə təkrar etməyimi istəyirsinizsə, belə müzakirələr yoxdur. Mən hipotetik suallara cavab vermirəm".


Telegram kanalımız
Seçilən
118
1
yenisabah.az

2Mənbələr