Portuqaliya Qran-prisi rəsmən "Formula-1" təqviminə daxil ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə "Formula-1"in baş direktoru Stefano Domenikali bildirib.
"Portuqaliyanın "Formula-1" təqviminə qayıdışını görməkdən məmnunam. Trek ilk döngədən finiş bayrağına qədər cəlbedicidir. "Formula-1" Qran-prisinin keçirilməsinə tələb misligörünməmiş səviyyəyə çatıb. Portuqaliyanı təntənəli şəkildə təqvimə qaytarmaq üçün yenidən birlikdə işləmək fürsətini səbirsizliklə gözləyirəm", - deyə baş direktor qeyd edib.
"Alqarve" avtodromundakı trek 2027 və 2028-ci illərin təqviminə daxil ediləcək.
Qeyd edək ki, Portuqaliyada ilk Qran-pri 1958-ci, sonuncu isə 2021-ci ildə keçirilib. Sonuncu yarışın qalibi "Mercedes" pilotu Lyuis Hemilton olub.