AZ

“Çelsi” Mareskanı istefaya göndərməyə hazırlaşır


“Çelsi” rəhbərliyi italiyalı məşqçi Enzo Mareskanı yanvar ayının əvvəlində istefaya göndərməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, klub artıq “Barselona”nın keçmiş məşqçisi Xavinin nümayəndələri ilə danışıqlar aparır.
Qeyd edək ki, Premyer Liqada “Everton” üzərində 2-0 hesablı qələbədən sonra Mareska qalmaqallı bir müsahibə verib və “Çelsi” rəhbərliyindəki bəzi insanların onu və klubu dəstəkləmədiyini bildirib.
Seçilən
101
yeniavaz.com

1Mənbələr