"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani ilk dəfə ilin ən yaxşı məşqçisi adına layiq görülüb.
Fanat.Az xəbər verir ki, sabiq mərkəz müdafiəçisi ölkəsi Belçikada ilin ən yaxşı futbol məşqçisinə təqdim edilən Raymon Qutals mükafatını qazanıb.
Maraqlıdır ki, Kompaninin əsas rəqibləri Niki Hayen ("Brügge") və Sebastyen Pokonyoli ("Monako") eyni sayda səslə ikinci olublar.
Kompani 2024-cü ilin mayından "Bayern"i çalışdırır. Münhen təmsilçisi ötən mövsüm onun rəhbərliyi altında 82 xal toplayaraq Bundesliqanın qalibi olub. Almaniya nəhəngi hazırda 38 xalla Almaniya çempionatının turnir cədvəlinə başçılıq edir.
Nihat