AZ

"Arsenal" əsas heyət üzvünü uzun müddətə itirdi

London "Arsenal"ının müdafiəçisi Ben Uayt zədələnib.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, 28 yaşlı arxa xətt oyunçusu bir ay komandasına kömək edə bilməyəcək. 

O, İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində "Vulverhempton"a qarşı keçirdikləri oyunun (2:1) ilk yarısında xəsarət alaraq əvəzlənib.

Uayt ötən "futbol ili"ndə dizindəki problemlər üzündən çox az oynayıb. Sözügedən futbolçu cari mövsümün əvvəlində də bud əzələsindəki zədə səbəbindən 11 oyunda iştirak edib. O, son 4 qarşılaşmada start heyətində yer alıb.

Qeyd edək ki, "Arsenal"ın daha iki müdafiəçisi - Qabriel Maqalyayns və Kristian Moskera da zədəlidir.

Kamil Xudiyev

Seçilən
154
1
fanat.az

2Mənbələr