Qarabağdan köçmüş 26 233 nəfər artıq Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan bildirib.
"Onların 16 919 nəfəri yetkinlik yaşına çatmış, 8314 nəfəri isə yetkinlik yaşına çatmayanlardır. Vətəndaşlıq almaq üçün müraciət etmiş və baxılma mərhələsində olan vətəndaşların sayı 6696 hazırda nəfərdir", - Xaçatryan əlavə edib.
Telegram kanalımız