AZ

Vətəndaşlar bu banklarla əlaqələrdə ehtiyatlı olmalıdır-EKSPERTDƏN XƏBƏRDARLIQ

Vətəninfo.az xəbər verir ki, ötən gün Azərbaycan Mərkəzi Bank (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib.Qeyd edək ki, Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır. Bununla yanaşı qeyd olunan şikayəylər sığorta sahəsindən də yan keçməyib.

Azərbaycanda Peşəkar Sığortaçı Sertifikatına malik sığorta mütəxəssislərindən, Azərbaycan Konsaltinqlər Assosiasiyası  İdarə Heyətinin sədri, Əminə Quliyeva  Azərbaycanda istər fərdi-istərsə də fizİki şəxslərin sığorta təminatı,risklərdən qorunmasının hansı səviyyədə olduğunu öyrənməyə çalışdıq. Əminə Quliyeva  vurğladı ki, Azərbaycanda fərdi və fiziki şəxslərin sığorta təminatı əsasən icbari sığorta sistemləri (təqaüd, tibbi və avtomobil sığortası) ilə təmin olunub. Könüllü fərdi sığorta bazarı hələ inkişaf mərhələsindədir və risklərin tam qorunması səviyyəsi məhduddur. Ekspert eyni zamanda Mərkəzi Bankın  ötən gün ölkədə bank sektorunda etibarlılığı aşağı olan bankların adını açıqlaması, vətəndaşların bu banklara necə etibar edib-etməməsinə gəlincə isə qeyd edib ki, Mərkəzi Bankın açıqlaması ölkədə bank sektorunun vəziyyəti barədə vətəndaşlar üçün önəmli xəbərdarlıqdır. Siyahıda yer alan banklarda əmanətlər və digər maliyyə əməliyyatları riskli hesab olunur. Vətəndaşlar bu banklarla əlaqələrdə ehtiyatlı olmalı, maliyyə qərarlarını daha etibarlı, reputasiyası güclü və depozit sığortası təminatı olan banklar üzərindən qurmalıdırlar. Bu həm fərdi maliyyə təhlükəsizliyini təmin edir, həm də risklərin qarşısını almağa kömək edir.

 

Vətəninfo.az

 

Seçilən
106
veteninfo.az

1Mənbələr