ain.az, Demokrat.az saytına istinadən bildirir.
“Azərbaycan son dövrlərdə beynəlxalq miqyasda və qlobal təşkilatlarda çox fəal iştirak edir. Xüsusilə BMT ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edir”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.O bildirib ki, BMT-nin müxtəlif qurumlarında Azərbaycanın aktiv iştirakı bu əməkdaşlığın əhəmiyyətini bir daha ortaya qoyur:“COVID-19 pandemiyasından sonra Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi təşəbbüslər daha da artıb. Məsələn, Bakı Təşəbbüs Qrupunun həyata keçirdiyi neokolonializm əleyhinə tədbirlər və ekoloji problemlərin həlli ilə bağlı atılan addımlar Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas faktorlardandır. Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) kimi qurumlarda iştirakı ölkəmizin beynəlxalq institutlarda fəallığını və diplomatik gücünü nümayiş etdirir. Bu, həmçinin Azərbaycanın gələcəkdə beynəlxalq platformalarda rəhbərlik səviyyəsində təmsil olunması üçün əlverişli şərait yaradır. Hazırda Azərbaycan diplomatiyası özünün ən güclü dövrlərindən birini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatları beynəlxalq arenada fəal və məqsədyönlü fəaliyyət göstərirlər. Bu da Azərbaycanın dünyada özünəməxsus və uğurlu xarici siyasət kursu həyata keçirdiyini göstərir. Bu istiqamətdə görülən işlər nəticəsində gələcəkdə Azərbaycan diplomatlarının BMT-nin müxtəlif strukturlarında, eləcə də təşkilatın rəhbər vəzifələrində təmsil olunması mümkündür.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.